AZ

Rusiya və Çinə qarşı layihə faydasız olacaq: Trampın "Qızıl Qübbə"sinə etiraz

Donald Tramp administrasiyasının kosmosda yeni raket əleyhinə müdafiə sistemi olan “Qızıl Qübbə”in yaradılması üzrə irimiqyaslı layihəsi Rusiya və Çinə qarşı səmərəsiz olacaq. Həmçinin bu, mahiyyətcə sadəcə pul itkisidir.

Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Silahlara Nəzarət Assosiasiyasının (ACA) icraçı direktoru Deril Kimbal deyib.

Onun sözlərinə görə, hərbi infrastrukturun yaradılması yalnız silahlanma yarışına gətirib çıxaracaq və Vaşinqton üçün yeni problemlər yaradacaq.

Bundan əlavə, ACA rəhbəri vurğulayıb ki, Rusiya və Çin böyük nüvə dövlətləri kimi ABŞ-la müqayisə olunan hərbi-texniki potensiala malikdirlər və onlar öz inkişafları ilə Amerika tərəfinə qarşı çıxa biləcəklər. Bu baxımdan Kimbal belə qənaətə gəlib ki, çətin "Qızıl Qübbə" sistemi daha az xərclə və daha qısa müddətdə başa gələ bilər.

"Trampın layihəsi nüvə güclərinə qarşı səmərəsiz ola bilər. Cavab olaraq, onlar ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini alt-üst etmək və ondan yayınmaq üçün nisbətən aşağı qiymətə və qısa müddətdə çoxsaylı və mürəkkəb hücum raket sistemləri hazırlayacaqlar", - Deril Kimbal deyib.

Seçilən
0
13
publika.az

10Mənbələr