ABŞ-ın Çinə qarşı tətbiq etdiyi məhdudiyyətlər nəticə vermir.
Publika.az xəbər verir ki, bunu "Nvidia"nın baş direktoru Censen Huanq deyib.
O, jurnalistlərə sənayenin vəziyyəti haqqında danışıb. Ən böyük yarımkeçirici istehsalçısının rəhbəri Çinə qarşı ticarət məhdudiyyətlərinin işə yaramadığını bildirib və ABŞ sanksiyalarını pisləyib.
"İxrac nəzarəti bizim sadəcə olaraq bir neçə milyard dolları silməmizlə nəticələnib. Və sonra şirkət səhmlərini itirdi", -deyə Censen Huanq qeyd edib.
Onun sözlərinə görə, "Nvidia" Çin bazarı üçün "H20" çiplərinin ixrac modelini hazırlamaq üçün çox vaxt və pul sərf edib, sonra isə sadəcə olaraq komponentlərin tədarükü qadağan edilib.