AZ

Türkoloq Seyfəddin Altaylının kitabı maraqlı qarşılandı – FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında filogiya üzrə dosent, türkoloq Seyfəddin Altaylının Türk dünyasının ilk siyasi lideri, böyük tarixi şəxsiyyət İzzəddin Həsənoğlunun əlyazmalarının toplandığı kitabının imza günü keçirilib.

S. Altaylı bundan başqa "Azərbaycan türkcəsi sözlüyü" və "Türk xalqları ədəbiyyatı dərs vəsaiti"nin müəllifidir. Həmçinin, Azərbaycanın 28 şair və yazıçısının əsərlərini türkcəyə tərcümə edərək çap edib.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.






Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
48
bizim.media

10Mənbələr