IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı, Dilguşə Gülümcanın imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, şairə "Sevgi quyusu" "Sabaha oyanan ümidlər", "Özümü axtarıram", "Məni məndən soruş", "Çətin yoldayam", "Mən kiməm" adlı şeirlər kitabının müəllifidir. Lirik şeirlər müəllifi olan şairə yaradıcılıgına görə müxtəlif ədəbi mükafatlara layiq görülüb.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media