AZ

Elmira Aslanxanlı Turanın imza günü keçirildi - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Qızıl Qələm mükafatı laureatı şairə Elmira Aslanxanlı Turanın imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, müəllif "Zəfər qoxulu oğullar", "Haqq yolunun yolçuları", "Vətən aşiqləri", "Ürəyimin səsi", "Sənə gəlirəm " adlı şeirlər toplusunun müəllifidir.

Şairənin "Kaş yuxu olaydi" kitabı özbək, 44 günlük haqq savaşına həsr olunmuş "Vətənimin şəhidləri" adlı kitabı isə turkcəyə tərcümə edilərək çap olunub. Bundan başqa şairə milli qəhrəmanlara, xüsusilə general Polad Həşimova və Mübariz İbrahimova həsr olunmuş ümumilikdə 25 mahnı mətninin müəllifidir.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.










Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
48
bizim.media

10Mənbələr