AZ

Vahid Aslanın imza günü keçirildi – FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-yazıçı Vahid Aslanın imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, o, müəllifi olduğu roman və hekayələrdən, ədəbi təhlillərdən ibarət "Çətindərə", "Ürəyim söz yuvasıdır" adlı kitabları ilə oxucuların görüşünə gəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Zemfira Ziyadqızının kitabları sərgiləndi – FOTO


Bundan başqa yazarın "Gədəbəy rayonunun şəhidləri" adlı kitabında torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizdən bəhs edilir.

Ümumilikdə yazar 16 kitab müəllifidir.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.




Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
48
bizim.media

10Mənbələr