AZ

Zemfira Ziyadqızının kitabları sərgiləndi – FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-publisist Zemfira Ziyadqızının imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, şairə "Hu-Man", "Yaquar pəncəsi" adlı şeirlər və poemalar kitablarının müəllifidir. "Yaquar pəncəsi" kitabı elektron səsli formatda Malta, Rusiya, Türkiyə və
dünyanın bir sıra ölkələrində oxucuların rəğbətini qazanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ədəbiyyat və Kitab Festivalında "Yaşılım, yaşılım hara gedirsən?" şeir saatı - FOTO


Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.







Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
48
bizim.media

10Mənbələr