AZ

Qazaxıstan ədəbiyyatına həsr olunan panel müzakirə - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 4-cü günündə Qazaxıstan ədəbiyyatına həsr olunmuş panel müzakirəsi baş tutub.
 

MÖVZU İLƏ BAĞLI:

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında mükafatlandırma MƏRASİMİ – FOTO


Bizim.Media xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin moderatorlugu ilə aparılan tədbirdə iki xalq arasındakı ədəbi-mədəni əlaqələr, ortaq tarixi köklərimiz müzakirə olunub.

Qazaxıstanlı professor Bakutgul Kazanova, filologiya üzrə fəlsəfə doktoru Altun Dauletxanova və yazıçı-tərcüməci Nəriman Əbdülrəhmanlı çıxış edərək istər sovet, istərsə də müstəqillik dövründə dövlətlərarası əlaqələrin mövcud olduğunu, qardaş ölkələrin qarşılıqlı səfərlərinin və birgə ədəbi layihələrin davam etdirildiyini qeyd ediblər.


N. Əbdülrəhmanlı qazax türklərinin öz köklərinə, təbiətə, ailə dəyərlərinə olan sevgisindən bəhs edib. Bildirilib ki, başda Oljas Süleymenov, Abay Kunanbayev kimi görkəmli ədiblərlə yanaşı həmçinin iki ölkənin müasir şair və yazıçılarının əsərlərindən ibarət kitablar tərcümə edilib, antologiyalar işıq üzü görüb. Bundan sonra da birgə proqram və layihələrin davam etdirilməsi planlaşdırılır.

Tədbirdə qazax ədiblərinin əsərlərindən parçalar səsləndirilib.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir

















Şəfiqə Şəfa, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr