IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bizim.Media-nın masasında Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı jurnalist Jalə Cəfərovanın imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, Yunus Əmrəyə həsr etdiyi "Dünyanı Yaxşılar Gözəlləşdirir" və dünya şöhrətli rəssam İbrahim Safiyə ithaf etdiyi "Rəngləri Danışdırən Adam" şəhidlərdən bəhs edən "Əbədi Yaşayanlar" "Yeddi Şehit Bir Şahit" "Kiçik Dünyanın Böyük İnsanları" "Unutmadıqlarım" "Səni Belə Xatırladıq" "Sözünü də axtarırıq özünü də"
"Rəngi Solmayan Rəsmlər" və başqa kitabların müəllifidir.
Yunus Əmrədən bəhs edilən kitabı 2 dilə, "Rəngləri Danışdıran Adam" kitabı isə 3 dilə tərcümə edilib. 15 ölkədə təqdimatı baş tutub.
O, eyni zamanda şəhidlər haqqında yazılan mahnılar müəllifidir.
Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.
Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta