Hücumçu Kriştiano Ronaldo Portuqaliya milli futbol komandasının qarşıdan gələn Millətlər Liqasının yarımfinal matçı üçün heyətinə daxil edilib. Ondan başqa milliyə 26 futbolçu çağırılıb.
İyunun 4-də Portuqaliya millisi Almaniya millisi ilə qarşılaşacaq. Qarşılaşma Münhendə baş tutacaq. İkinci yarımfinalda İspaniya və Fransa komandaları qarşılaşacaq. Görüş iyunun 5-də Ştutqartda baş tutacaq. Turnirin hazırkı qalibi İspaniya yığmasıdır.
Kriştiano Ronaldonun 40 yaşı var. Portuqaliya millisinin tərkibində o, Avropa Çempionu (2016) və Millətlər Liqasının qalibi (2019) olub. Ronaldo milli komandasında ən çox oyun keçirən (219) və qol vuran (136) dünya rekorduna sahibdir.