Portuqaliya millisinin iyun ayında keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
90deqiqe.Az xəbər verir ki, milliyə çağırılan futbolçular arasında "Əl Nəsr"də çıxış edən ulduz hücumçu Kriştiano Ronaldo da yer alıb.
Portuqaliyanın tam heyəti belədir:
Kosta, Sa, Rui Silva, Antonio Silva, Dalot, İnasio, Semedo, Mendes, Tavares, Veyka, Ruben Dias, Bernardo Silva, Bruno Fernandes, Feliks, Joao Neves, Palhinha, Qonçalveş, Ruben Neves, Vitina Tyoka, Ramos, Neto, Leao, Mora.
İyunun 4-də Portuqaliya millisi Millətlər Liqasının yarımfinalında Almaniya ilə qarşılaşacaq. İkinci yarımfinalda İspaniya və Fransa komandaları qarşılaşacaq.