AZ

Kriştianu Ronaldu “Almeriya”ya ortaq olur

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu İspaniya klubunun ortağı ola bilər

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu yaxın vaxtlarda İspaniyanın ikinci liqasında (Sequnda) çıxış edən “Almeriya” klubunun şərikli sahibi ola bilər. Bu barədə Sports.kz, Championat.com-a istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanının investisiya şirkəti olan SMC Groupun rəhbəri Məhəmməd əl-Xəreici ilə yaxın münasibətlərə malikdir. Qeyd edək ki, əl-Xəreici daha əvvəl “Almeriya” klubunu satın alıb.

Artıq 40 yaşı olan ulduz futbolçu SMC Group şirkətinin səhmlərini almağı planlaşdırır. Bu səhmlər vasitəsilə o, “Almeriya” klubunun sahiblərindən biri ola bilər.

Vurğulanır ki, əl-Xəreici 2022-ci ilin dekabrında Ronaldunun “Əl-Nəsr” klubuna keçidində əsas rol oynayan fiqur olub.

İspaniya Sequndasında 39 turun ardından “Almeriya” 62 xal toplayaraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Seçilən
0
18
tribunainfo.az

10Mənbələr