AZ

Kriştianu Ronaldu futbolçu karyerasını nə vaxt bitirəcək?

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu hələlik peşəkar futbolçu karyerasını başa vurmaq niyyətində deyil. Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Tribunainfo.az xəbər verir ki, mənbənin bildirdiyinə görə, 40 yaşlı portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı klubuyla müqaviləsi bu yay başa çatsa da, o, ən azı daha iki mövsüm futbol oynamağı planlaşdırır. Ronaldu artıq bir neçə klubdan təklif alıb və yaxın vaxtlarda gələcəyi ilə bağlı yekun qərar verəcək.

Bu mövsüm “Əl-Nəsr”in heyətində 39 oyuna çıxan ulduz futbolçu 33 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
0
18
tribunainfo.az

10Mənbələr