AZ

Tramp Rusiyaya səfər edə bilər - BU ŞƏRTLƏ

ABŞ prezidenti Donald Trampın Rusiya ilə əməkdaşlığı bərpa etmək niyyətində olduğu və bu məqsədlə Moskvaya səfər etməyi planlaşdırdığı bildirilir.

Turkustan.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Tramp Rusiyanı ABŞ üçün mühüm ticarət və iqtisadi tərəfdaş hesab edir və Ukraynadakı münaqişə sona çatdıqdan sonra səfərin mümkün ola biləcəyini bildirib.

Uşakov həmçinin qeyd edib ki, Rusiya və ABŞ liderlərinin son telefon danışığı olduqca səmimi şəraitdə keçib: “Onlar bir-birinə “Vladimir” və “Donald” deyə müraciət edirdilər. Maraqlısı odur ki, hər iki tərəf telefon danışığını ilk bitirən olmaq istəmirdi”.

Qeyd edək ki, Tramp və Putinin iki saata yaxın davam edən telefon danışığından sonra hər iki tərəf danışıqları “faydalı və açıq” adlandırıb./Musavat.com/

Seçilən
0
2
turkustan.az

10Mənbələr