AZ

Tramp Putinə anti-Rusiya sanksiyalarından danışdı

BAKI, 19 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Senatın yeni anti-Rusiya sanksiyaları layihəsi hazırladığını deyib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Bununla belə, ABŞ Prezindeti özünün razılaşma tərəfdarı olduğunu bəyan edib.

Y.Uşakov bildirib: “Tramp qeyd edib ki, Senat yeni sanksiyalarla bağlı qanun layihəsi hazırlayır, lakin o, özü sanksiyaların tərəfdarı deyil, hansısa razılaşmanın əldə olunmasının tərəfdarıdır”.

Putinlə Tramp arasında telefon danışığı mayın 19-da olub, iki saat davam edib.

Seçilən
0
19
teleqraf.com

10Mənbələr