AZ

Uşakov Tramp-Putin danışığının detallarını açıqladı

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı 2 saat 5 dəqiqə davam edib.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Trampın telefon danışığı barədə məlumat verərkən deyib.

Uşakov qeyd edib ki, Putin öncə Trampı 11-ci nəvəsinin doğulması münasibətilə təbrik edib.

"Liderlər Rusiya və ABŞ arasında münasibətlərin vəziyyətini müzakirə edib və onların daha da normallaşmasının tərəfdarı olduqlarını bildiriblər. Prezidentlər məhbus mübadiləsini müzakirə ediblər. Məhbusların 9-un 9-a formatında mübadiləsi planlaşdırılır.

Putin və Tramp Ukrayna da daxil olmaqla bütün məsələlər üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər. Liderlər şəxsi görüşün keçiriləcəyini istisna etmirlər, yer və tarix hələ müəyyənləşməyib”, - Uşakov vurğulayıb

Seçilən
0
19
axar.az

10Mənbələr