AZ

Kreml Putin-Tramp telefon danışığının bəzi detallarını açıqladı

Putin-Tramp telefon danışığı kifayət qədər uzun, 2 saat 5 dəqiqə davam edib.

Milli.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinlə Tramp arasında telefon danışığından sonra keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, söhbətin əvvəlində Putin Trampı 11-ci nəvəsinin doğulması münasibətilə təbrik edib, yeni doğulan körpəyə və ABŞ liderinin qızına sağlamlıq arzulayıb.

Uşakov vurğulayıb ki, telefon danışığı açıq və konstruktiv olub, qarşılıqlı hörmət şəraitində keçib:

"Liderlər Rusiya və ABŞ arasında münasibətlərin vəziyyətini müzakirə edib və onların daha da normallaşmasının tərəfdarı olduqlarını bildiriblər. Prezidentlər məhbus mübadiləsini müzakirə ediblər. Məhbusların 9-un 9-a formatında mübadiləsi planlaşdırılır".

Uşakov qeyd edib ki, Tramp Ukraynada nizamlanmadan sonra Rusiyanı ABŞ-ın əsas ticarət və iqtisadi tərəfdaşlarından biri kimi gördüyünü söyləyib:

"Putin və Tramp Ukrayna da daxil olmaqla bütün məsələlər üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər. Liderlər şəxsi görüşün keçiriləcəyini istisna etmirlər, yer və tarix hələ müəyyənləşməyib".

Kreml rəsmisi telefon danışığı zamanı Rusiya və Ukrayna arasında atəşkəslə bağlı mümkün razılaşmanın əldə olunmasının müddətindən söhbət getmədiyini söyləyib:

"Ukrayna mövzusu Putin və Tramp tərəfindən çox ətraflı, maraqlı nüanslarla müzakirə edilib. Putin Kiyevin danışıqlar masası arxasına qaytarılmasında Tramp və onun administrasiyasının müsbət rolunu qeyd edib". /APA

Milli.Az

Seçilən
0
4
milli.az

10Mənbələr