Bridcet Brink ABŞ prezidenti Donald Trampın Kiyev və Moskva ilə bağlı siyasəti ilə razılaşmadığı üçün tutduğu vəzifədən istefa vermək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə səfir “Detroit Free Press”ə danışıb.
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bridcet Brink, Tramp administrasiyasının Rusiya deyil, Ukraynaya təzyiq göstərdiyi üçün istefa verdiyini açıqlayıb. O qeyd edib ki, bununla yanaşı, Birləşmiş Ştatların liderinin Konqres tərəfindən müvafiq yoxlamalar və tarazlıqlar şərti ilə.ölkənin xarici siyasətini müəyyən etmək hüququna hörmət edir.
Onun fikrincə, Amerika diplomatik xidmətinin rolu bu siyasəti həyata keçirməkdir:
"Təəssüf ki, Tramp administrasiyasının əvvəlindən bu siyasət təcavüzkar Rusiyaya deyil, qurban olan Ukraynaya təzyiq göstərmək olub. Ona görə də mən artıq administrasiyanın siyasətini sədaqətlə həyata keçirə bilmədim və istefa verməyi özümə borc bildim".
Qeyd edək ki, Brink 30 ilə yaxın ABŞ-ın həm Demokratlar, həm də Respublikaçılardan ibarət beş prezidentinin dövründə diplomat kimi çalışıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta