AZ

Səudiyyə Ərəbistanında ABŞ-Körfəz ölkələrinin sammiti keçirilir

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Fars körfəziƏrəb Dövlətləri Əməkdaşlıq Şurasının sammiti öz işinə başlayıb.

Trend xəbər verirki, tədbirin rəsmi hissəsi Səudiyyə Ərəbistanının dövlət televiziyakanalı “Al Ekhbariya” tərəfindən yayımlanır.

Görüş ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanınasəfərinə həsr olunub. Bu ölkə amerikalı prezidentin Yaxın Şərqturnesi çərçivəsində ziyarət etdiyi ilk dövlət olub. Sammitdənəvvəl Tramp Suriya prezidenti Əhməd ƏşŞaraa ilə danışıqlar aparıb.Ər-Riyadda keçirilən ABŞ və Suriya liderlərinin bu görüşü son 25ildə ilk belə hadisə olub.

Sammitdə Donald Trampdan əlavə, Səudiyyə Ərəbistanının vəliəhdiMəhəmməd bin Salman Al Səud, Qətər əmiri şeyx Təmim bin Həməd AlTani, Bəhreyn kralı Həməd bin İsa Al Xəlifə, Küveyt əmiri şeyxMəşəl əl-Əhməd əl-Cabir əs-Sabah, Əbu-Dabi əmirliyinin vəliəhdi vəBƏƏ prezidentinin böyük oğlu şeyx Xalid bin Məhəmməd Al Nəhəyyan,həmçinin, Oman baş nazirinin müavini şeyx Əsəd bin Tariq Al Səidiştirak edirlər.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
0
13
az.trend.az

10Mənbələr