ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
ABŞ prezidenti Trampın Səudiyyə Ərəbistanına ilk rəsmi dövlət səfəri zamanı Səudiyyə Ərəbistanı Kral Məhkəməsində vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcəyi və Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda iştirak edəcəyi gözlənilir.
Trampın səfəri zamanı ikitərəfli və regional ticarət, siyasi və hərbi məsələlər müzakirə olunacaq.
Tramp Səudiyyə Ərəbistanından 1 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır, Səudiyyə administrasiyası isə 600 milyard dollar investisiya vəd edir.