ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfərinin ilk dayanacağı olan Səudiyyə Ərəbistanına gəlib.
Publika.az xəbər verir ki, Trampın bura olan ilk rəsmi dövlət səfərində vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcəyi və Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda iştirak edəcəyi gözlənilir.
ABŞ mətbuatına görə, Tramp Səudiyyə Ərəbistanından 1 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır, Səudiyyə rəhbərliyi isə 600 milyard dollar investisiya vəd edir.
Səfər zamanı ABŞ və Səudiyyə Ərəbistanı arasında mühüm ticarət və silah sazişlərinin imzalanması gözlənilir. ABŞ prezidenti həmçinin Səudiyyə Ərəbistanı rəsmiləri ilə regional və beynəlxalq məsələləri müzakirə edəcək.