BAKI, 8 may. TELEQRAF
Pakistan Silahlı Qüvvələri dünən gecədən bəri Hindistan tərəfindən ölkə ərazisinə atılan 25 “Harop” pilotsuz təyyarəsini (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin açıqlamasında deyilir.
“Pakistan ordusu qüvvə və vasitələrindən istifadə edərək, İsrail istehsalı 25 “Harop” pilotsuz təyyarəsini zərərsizləşdirib”, - məlumatda qeyd olunur.
PUA-ların Pakistan ərazisində vurulduğu bildirilir.
Həmçinin bəyanatda vurğulanır ki, bu qorxaqcasına hücumlar Hindistanın narahatlığı və panikasının əlamətidir.