Pakistan Hindistana məxsus vurulan PUA-ların qalıqlarının görüntüləri yayıb.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, görüntülər Pakistan mediasında yer alıb.
Vurulan PUA-lar arasında HAROP da var.
Qeyd edək ki, mayın 6-dan 7-nə keçən gecə Hindistan aviasiyası Pakistanda doqquz hədəfə zərbələr endirib. Pakistan ordusu isə döyüşlər zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 qırıcı, həmçinin 5 ədəd PUA vurub.