Pakistan ordusu gecə saatlarından etibarən Hindistanın Harop tipli 12 silahlı pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistan-Pakistan gərginliyi ilə bağlı yeni açıqlamalar verib.
Hindistanın gecə saatlarından bəri Pakistandakı "bir çox yerlərə" Harop PUA-ları göndərdiyini söyləyən Çaudri bunun açıq hərbi təcavüz aktı olduğunu bildirib.
Pakistan ordusunun yüksək hazırlıq və sayıqlıq vəziyyətində olduğunu bildirən Çaudri indiyə qədər 12 Hindistan Harop İHA-nın zərərsizləşdirildiyini də açıqlayıb.