Pakistan ordusu gecə saatlarından etibarən Hindistanın "Harop" tipli 12 silahlı pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirib.
"Cebheinfo.az"-ın "Dawn" qəzetinə istinadən məlumatına görə, Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistan-Pakistan gərginliyi ilə bağlı yeni açıqlamalar verib.
Hindistanın gecə saatlarından bəri Pakistandakı "bir çox yerə" "Harop" PUA-ları göndərdiyini söyləyən Çaudri bunun "başqa bir açıq hərbi təcavüz aktı" olduğunu bildirib.
Pakistan ordusunun yüksək hazırlıq və sayıqlıq vəziyyətində olduğunu bildirən Çaudri indiyə qədər 12 Hindistan PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.