AZ

Özünü qatarın altına atan gənc FHN əməkdaşı imiş

  Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.

Referans bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.

“Unikal” isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.  

Seçilən
0
10
referans.az

10Mənbələr