Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində işdən kənar vaxtda Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.
Referans qafqazinfo.az-a istinadən xəbər verir ki, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.
"Unikal" isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta