AZ

FHN əməkdaşı özünü qatarın altına atdı

Mayın 4-nə keçən gecə saat 04 radələrində Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib.

Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.

“Unikal” isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
0
10
heftelik.az

10Mənbələr