Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun işdən kənar vaxtda internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.
“Unikal” isə Kənan Abdullayevin FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olduğunu yazıb. O, ailəli və 1 uşaq atası imiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.