Xəbər verdiyimiz kimi, mayın 4-nə keçən gecə saat 04 radələrində Xaçmaz şəhər sakini 31 yaşlı Kənan Abdullayev qatarın altında qalaraq ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalarla K.Abdullayevin intihar etdiyi müəyyən edilib. Bildirilib ki, son vaxtlarda onun internet oyunlarında iştirak səbəbindən xeyli borcu yaranıbmış.
“Unikal”ın məlumatına görə, Kənan Abdullayev FHN-in Şimal bölgəsinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı olub. O, ailəli və 1 uşaq atası imiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.