RU

Qusarda zəlzələ oldu

Qusar rayonunda 3,4 maqnitudalı zəlzələ olub.

Bu barədə Axar.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qusar stansiyasından 4 km cənubda, Qusar rayonunda zəlzələ qeydə alınıb”, – Mərkəz diqqətə çatdırıb.

Bildirilib ki, yerli vaxtla 00:07-də qeydə alınmış zəlzələnin ocağı 8 km dərinlikdə olub.

Избранный
0
21
axar.az

10Источники