Qusar rayonunda 3,4 maqnitudalı zəlzələ olub
Senzor.az bildirir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qusar stansiyasından 4 km cənubda, Qusar rayonunda zəlzələ qeydə alınıb”, – Mərkəzdən bildirilib.
Yerli vaxtla 00:07-də qeydə alınmış zəlzələnin ocağı 8 km dərinlikdə olub.