Qusar rayonunda 3,4 maqnitudalı zəlzələ olub. Bu barədə 1news.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. “Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Qusar stansiyasından 4 km cənubda, Qusar rayonunda zəlzələ qeydə alınıb”, – Mərkəz diqqətə çatdırıb.
Bildirilib ki, yerli vaxtla 00:07-də qeydə alınmış zəlzələnin ocağı 8 km dərinlikdə olub.