Qusar rayonunda 3.4 maqnitudalı zəlzələ olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
"Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Qusar stansiyasından 4 km cənubda, Qusar rayonunda zəlzələ qeydə alınıb", - Mərkəz diqqətə çatdırıb.
Bildirilib ki, yerli vaxtla 00:07-də qeydə alınmış zəlzələnin ocağı 8 km dərinlikdə olub.