RU

Mingəçevirdə evi yararsız hala düşən ailəyə çadır quruldu

​BAKI, 7 may. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinə Mingəçevir şəhəri, Günəşli bağ massivi adlanan ərazidə yaşayan vətəndaş Arzu Yusubovaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Избранный
0
7
teleqraf.com

8Источники