Fövqəladə Hallar Nazirliyinə Mingəçevir şəhəri, Günəşli bağ massivi adlanan ərazidə yaşayan vətəndaş Arzu Yusubovaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Nazirlikdən news365.az-a verilən məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.