AZ

Mingəçevirdə evi yararsız hala düşən ailəyə müvəqqəti yaşayış üçün çadır qurulub -VİDEO

Fövqəladə Hallar Nazirliyinə Mingəçevir şəhəri, Günəşli bağ massivi adlanan ərazidə yaşayan vətəndaş Arzu Yusubovaya məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Seçilən
0
7
ikisahil.az

8Mənbələr