ABŞ və İsrail Yəmənin Husi üsyançı hərəkatı Ənsar Allahın nəzarəti altında olan Hodeyda şəhərinə birgə zərbələr endirib. Bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
"Amerika-İsrail Hodeyda limanına 6 hava zərbəsi endiriblər", - məlumatda deyilir.
Martın 15-də ABŞ prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinə Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib. Onun sözlərinə görə, hərbi əməliyyat Amerikanın gəmiçilik, hava və dəniz qüvvələrini qorumaq və naviqasiya azadlığını bərpa etmək məqsədi daşıyır.
Bundan əlavə, Amerika lideri İranı husilərə dəstəyi dayandırmağa və “Amerika xalqını və onların prezidentini” təhdid etməməyə çağırıb. Az sonra ABŞ və İngiltərənin Yəmənə zərbələri ilə bağlı xəbərlər yayıldı.
Bundan əvvəl Tramp İranı Yəmən husilərinin hücumlarını əlaqələndirməkdə ittiham edib.
Əziz Mustafa, Oxuməni.az