AZ

ABŞ və İsrail Yəmənə zərbələr endirib - VİDEO

ABŞ və İsrail Yəmənin Husi üsyançıları Ənsar Allah hərəkatının nəzarəti altında olan Hodeyda şəhərinə birgə zərbələr endirir.

Qaziler.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

"Amerika-İsrail təcavüzkarları Hudeyda limanına 6 hava zərbəsi endiriblər", - məlumatda deyilir.

Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Tramp ölkənin silahlı qüvvələrinə Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.

QAZİLER.AZ

Seçilən
0
37
qaziler.az

10Mənbələr