ABŞ və İsrail Yəmənin qərbindəki Hudeyda əyalətindəki Baqhel sement zavoduna hava zərbələri endirib.
Turkustan.az xəbər verir ki, bu barədə Ənsar Allah qiyamçı hərəkatından olan husilərin nəzarətində olan Al Masirah telekanalı məlumat yayıb.
Zavod Qırmızı dəniz sahilindəki Hodeyda limanından təxminən 50 km şimal-şərqdə yerləşir. Atışma nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Aytən Yaşar/ Turkustan.az