ABŞ prezidenti Donald Tramp Ukraynadakı sülh danışıqlarının mürəkkəbliyinə görə vasitəçilikdən imtina etməyi düşünür...
Poliqon xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, siyasətçi münaqişə zonasında hərbi əməliyyatları dayandırmağın “daşınmaz əmlak sövdələşməsindən daha çətin” olduğunu aşkar edib.
Tramp və komandasının nizamlanma ilə bağlı irəli sürdüyü təkliflər fonunda Kiyevdə bəziləri ABŞ-nin danışıqlarda iştirakdan imtinasının o qədər də pis variant olmaya biləcəyini düşünməyə başlayıb.
Qəzet qeyd edir ki, Tramp danışıqlardan çəkilsə, Ukraynaya silah tədarükünü davam etdirəcəkmi, sualı daha aktualdır.
Dövlət Departamentinin sözçüsü Temmi Bryuc aprelin 19-da bildirib ki, Aİ liderləri ABŞ-ın Ukraynadakı münaqişəyə son qoymaq üçün sonsuz "danışıqlar naminə danışıqlara" girməyəcəyini başa düşməlidirlər. Rubio və Tramp artıq bir gün əvvəl ABŞ-nin səbrinin tükəndiyi barədə bəyanatlar veriblər. Onlar qeyd ediblər ki, əgər tezliklə atəşkəsə nail olmaq mümkün olmasa, Vaşinqton vasitəçilikdən imtina edəcək və diqqətini digər xarici siyasət məsələlərinə yönəldəcək.
Poliqon.info