ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Rusiya və Ukrayna münaqişənin həlli üçün öz sülh təkliflərini təqdim ediblər...
Poliqon xəbər verir ki, ABŞ-nin vitse-prezidenti bu barədə Fox News telekanalına danışıb. Vensin sözlərinə görə, sülh yolu ilə həllə “yalnız bu iki tərəf nail ola bilər”.
“İndi sual budur ki, biz ümumi dil tapa bilrikmi? Rusiya və Ukrayna müharibəni birgə dayandırmalıdırlar. Onlar son addımları atmalıdırlar”, deyə Vens bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, münaqişənin həlli məsələsi ABŞ ilə deyil, birbaşa Ukrayna ilə həll edilməlidir. Eyni zamanda Peskov ABŞ-yə danışıqlarda göstərdiyi səylərə görə təşəkkür edib.
Kreml bəyan edib ki, Rusiya Ukraynadan birbaşa danışıqları bərpa etməyə hazır olduğunu bildirməsini gözləyir.
Aprelin 29-da ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Moskva və Kiyev yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı konkret təkliflər təqdim etməlidirlər, əks halda ABŞ danışıqlarda vasitəçi kimi çıxış etməkdən imtina edəcək.
Poliqon.info