ABŞ-ın bundan sonra Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq.
Editor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib. O əlavə edib ki, birbaşa danışıqların vaxtı çatıb: “Bu problemə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Mənasız görüşlər üçün dünyanın o biri tərəfinə uçmaq fikrində deyilik”, – deyən xanım Bryus, ABŞ-ın hələ də sülhün əldə edilməsinə kömək etmək üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, aprelin 29-da ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Rusiya və Ukrayna münaqişənin həlli üçün yaxın gələcəkdə təkliflər təqdim etməlidirlər, əks halda ABŞ vasitəçi rolundan əl çəkəcək. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “tam, davamlı atəşkəs və münaqişəyə son qoymağa” çalışır.
//Samir Qurbanov, Editor.az