AZ

ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ

ABŞ bundan sonra Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq.

Azreform.info xəbər verir ki, belə bir bəyanatla ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus (Tammy Bruce) çıxış edib.

O əlavə edib ki, artıq Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb.

"Bu problemə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz belə görüşlər üçün dünyanın o biri tərəfinə uçmaq fikrində deyilik", - deyən xanım Bryus əlavə edib ki, ABŞ hələ də sülhün əldə edilməsinə kömək etmək üçün əlindən gələni edəcək. 

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio da aprelin 29-da bəyan edib ki, Rusiya və Ukrayna münaqişənin həlli üçün yaxın gələcəkdə təkliflər təqdim etməlidirlər, əks halda ABŞ vasitəçi rolundan əl çəkəcək. 

Mürtəza
Azreform.info

Seçilən
0
50
azreform.info

10Mənbələr