EN

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Ramiz Rövşənin imza günü keçirildi - FOTO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında
Azərbaycan poeziyasında özünəməxsus yeri olan, tanınmış Xalq şairi Ramiz Rövşənin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, poeziyanın canlı klassiki sayılan Ramiz Rövşənin oxucularla səmimi görüşü böyük maraqla qarşılanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kitab Festivalında “İraq Kərkük Ədəbiyyatı” mövzusunda panel müzakirəsi KEÇİRİLDİ - FOTO


Şair kitablarını imzalaması ilə yanaşı səhnədə çıxış edərək ədəbi mühit, poeziya və yaradıcılıq mövzusunda söhbətləri də baş tutub.

O, bir neçə məşhur şeirlərini səsləndirib.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.




































Ayşən Rəhim, Pərviz Allahverdiyev, Bizim.Media

Chosen
0
11
bizim.media

10Sources