EN

AFFA Amit Quluzadəni 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və Birinci Liqa ilə bağlı qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Azərbaycan Premyer Liqası, 35-ci tur

“Zirə” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Zirə” 800 manat cərimə edilib.

“Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

Birinci Liqa, 26-cı tur

“İmişli” – “Baku Sportinq” oyununun 71-ci dəqiqəsində “Baku Sportinq”in futbolçusu Əli Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Baku Sportinq” buna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” 80 manat cərimə edilib. Bu oyunda “Zona A”da akkreditasiyası olmayan şəxslər olduğuna görə “İmişli” 50 manat cərimə edilib.

MOİK – “Mingəçevir” oyununda MOİK-də 6 nəfər sarı vərəqə aldığı üçün MOİK 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Mingəçevir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” 150 manat cərimə edilib.

“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qaradağ Lökbatan”ın məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb. “Qaradağ Lökbatan” buna görə 400 manat cərimə edilib. Bu oyunda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 35-ci tur

“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununun 90+2-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Hüseyn Xıdırov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Sumqayıt-2” buna görə 150 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.

Chosen
0
6
arena.az

10Sources