AZ

AFFA “Qarabağ”la “Kəpəz”i azarkeşlərinə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və Birinci Liqa ilə bağlı qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Premyer Liqa, 32-ci tur

“Kəpəz” – “Zirə” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Gəncə klubu 1000 manat cərimə edilib.

“Səbail” – “Araz-Naxçıvan” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” 800 manat cərimə edilib. Oyun bitdikdən sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib.

Birinci Liqa, 23-cü tur

“Qaradağ Lökbatan” – “Difai” oyununun 52-ci dəqiqəsində “Difai”nin futbolçusu Sahib Həsənov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Difai” klubu buna görə 100 manat cərimə edilib.

“Karvan” – “Cəbrayıl” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” 80 manat cərimə edilib.

“Qəbələ” – MOİK oyununda “Qəbələ”də 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” klubu 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” 80 manat cərimə edilib. Oyunun 90+7-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib. MOİK-in 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilib. Oyun bitdikdən sonra MOİK-in məşqçisi Ramin Nəsibov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. MOİK klubu buna görə 150 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Əvəzedicilər Liqası, 32-ci tur

“Turan Tovuz-2” – “Şamaxı-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Tovuz komandası 100 manat cərimə edilib.

“Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə komandası 70 manat cərimə edilib. Oyun polis nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Kəpəz-2” komandası 100 manat cərimə edilib.

“Sabah-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra “Sabah”ın futbolçusu Stefen Ende hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Sabah” buna görə 300 manat cərimə edilib.

“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt”ın 6 futbolçusu sarı vərəqə aldığı üçün Sumqayıt komandası 70 manat cərimə edilib. Matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə “Sumqayıt” 80 manat cərimə edilib.

Seçilən
0
3
arena.az

8Mənbələr