AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Birinci Liqa, İkinci Liqa və Əvəzedicilər Liqası ilə bağlı qərarlar qəbul olunub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən bu liqalarda 2024/2025-ci illər mövsümünün sonuncu cəzaların siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 36-cı tur
“Sabah” – “Neftçi” oyununun 50-ci dəqiqəsində “Sabah”ın futbolçusu Sofian Çakla ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Sabah” buna görə 1500 manat cərimə edilib. Oyunun 76-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Neftçi” buna görə 1000 manat cərimə edilib.
“Turan Tovuz” – “Kəpəz” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə Tovuz klubu 800 manat cərimə edilib.
Birinci Liqa, 27-ci tur
“Mingəçevir” – “Karvan” oyununda “Mingəçevir”in 7 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib. “Mingəçevir” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə sözügedən klub 80 manat cərimə edilib. “Mingəçevir” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Mingəçevir” 80 manat cərimə edilib. “Mingəçevir” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib. “Karvan”da 6 nəfər sarı vərəqə aldığı üçün Yevlax klubu 70 manat cərimə edilib. Oyunun 19-cu dəqiqəsində “Karvan”ın futbolçusu Müşfiq Teymurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Karvan” buna görə 50 manat cərimə edilib.
“Difai” – “İmişli” oyununun 90+4-cü dəqiqəsində “İmişli”nin futbolçusu Gilyerme Silva rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “İmişli” buna görə 100 manat cərimə edilib.
İkinci Liqa, 26-cı tur
“Kür-Araz” – “Ağdaş” oyununda “Kür-Araz” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Şəmkir” – “Şəki Siti” oyununun fasiləsində, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” 80 manat cərimə edilib. “Şəmkir”in azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 150 manat cərimə edilib.
“Araz Saatlı” – “Hypers Quba” oyununun 68-ci dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Saatlı klubu buna görə 300 manat cərimə edilib. Oyunun 68-ci dəqiqəsində “Hypers Quba”nın futbolçusu Ağabəkir Həşimli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyun cəzalanıb. “Hypers Quba” komandası buna görə 300 manat cərimə edilib. Stadionun əmlakına dəymiş zərər “Hypers Quba” komandası tərəfindən ödəniləcək.
“Dinamo” – “Şahdağ Qusar” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Dinamo” 80 manat cərimə edilib. “Şahdağ Qusar”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Qusar komandası 80 manat cərimə edilib. “Şahdağ Qusar”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Qusar komandası 150 manat cərimə edilib.
“Qusar” – “Şəfa” oyununun 26-cı dəqiqəsində “Qusar”ın futbolçusu Rüstəm Rüstəmov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qusar” komandası 50 manat cərimə edilib. Oyun “Qusar” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qusar” 150 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 36-cı tur
“Sabah-2” – “Neftçi-2” oyununun 90+3-cü dəqiqəsində “Sabah”ın analitiki Cəbrayıl Qəmbərov oyun zamanı meydançaya kənar əşya atdığına görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Sabah” buna görə 350 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” 80 manat cərimə edilib. “Neftçi-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” 70 manat cərimə edilib. Oyunun 54-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Ağadadaş Salyanski təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Neftçi-2” buna görə 300 manat cərimə edilib.
“Qarabağ-2” – “Şamaxı-2” oyununun 90+1-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Qurban Səfərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Qarabağ-2” buna görə 150 manat cərimə edilib. “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz”in nümayəndəsi iştirak etmədiyinə görə Gəncə komandası 80 manat cərimə edilib.