EN

Rumıniyada keçirilən prezident seçkilərində Buxarestin meri liderlik edir

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan ifrat sağçı namizəd Corc Simionu qabaqlayır.

APA xəbər verir ki, səslərin ilkin hesablanması bunu deməyə əsas verir.

54% səs toplayan Rumıniya paytaxtının meri 46% səs toplayan ifrat sağçı Rumınların Birləşməsi Alyansının namizədi George Simionu qabaqlayır.

Seçkilərdə iştirakın 65%-ə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Rumıniyada təkrar prezident seçkilərinin birinci turu mayın 4-də keçirilib. Simion 40,5 faiz səslə seçkidə qalib gəlib. Nikuşor Dan isə 21% səs toplayıb.

Chosen
0
1
apa.az

10Sources