AZ

Rumıniyada keçirilən prezident seçkilərində Nikuşor Dan qalib gəlib - YENİLƏNİB

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil avropayönümlü namizəd, paytaxt Buxarestin meri Nikuşor Dan səslərin 54,17 faizini toplayaraq qələbə çalıb.

APA xəbər verir ki, onun rəqibi, Rumınların Birləşməsi Alyansının lideri George Simion isə 45,83 faiz səs toplayıb.

Bu nəticələr bülletenlərin 98,56%-i hesablandıqdan sonra Daimi Seçki Administrasiyasının saytında dərc edilib.

Beləliklə Rumıniya mediası Danı seçkinin qalibi elan edib, 850 000 səsin sayılması qalıb və namizədlər arasındakı mövcud fərq 898 000 səsdir.

***

01:15

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Dan ifrat sağçı namizəd Corc Simionu qabaqlayır.

APA xəbər verir ki, səslərin ilkin hesablanması bunu deməyə əsas verir.

54% səs toplayan Rumıniya paytaxtının meri 46% səs toplayan ifrat sağçı Rumınların Birləşməsi Alyansının namizədi George Simionu qabaqlayır.

Seçkilərdə iştirakın 65%-ə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Rumıniyada təkrar prezident seçkilərinin birinci turu mayın 4-də keçirilib. Simion 40,5 faiz səslə seçkidə qalib gəlib. Nikuşor Dan isə 21% səs toplayıb.

Seçilən
0
3
apa.az

10Mənbələr